Ucnoqta.az
www.ucnoqta.az

Borrell devrilmiş Niger prezidenti ilə danışıb

20:17 - 5 Sentyabr 2023 tarixində dərc olunub.

Avropa diplomatiyasının rəhbəri Josep Borrell Nigerin vəzifədən devrillmiş prezidenti Məhəmməd Bazumu Avropa İttifaqının dəstəyinə əmin etdiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində məlumat verib.

“Mən bu gün prezident Mohamed Bazum ilə yenidən danışdım. Mən onu Aİ-nin tam dəstəyinə və konstitusiya nizamını bərpa etmək üçün ECOWAS-ın səylərində irəliləyiş görmək istəyimizə əmin etdim" - Aİ rəhbəri qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası