“Gətirdiyimiz yükü Xankəndidəki erməniəsilli şəxslərə çatdırmaqda israrlıyıq” Baş katib

20:58 - 1 Sentyabr 2023 - ÖLKƏ İÇİ

“Gətirdiyimiz ərzaq yükünü Xankəndidəki erməniəsilli şəxslərə çatdırmaqda israrlıyıq”.

Bunu “Report”a Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev hazırki vəziyyətlə bağlı məlumat verərkən deyib.

O bildirib ki, artıq axşam saatlarıdır və hələ də gözləmə mövqeyindədirlər:

“Dörd gündür ki, gözləyirik. Müəyyən problemlər üzündən biz gətirdiyimiz 40 ton unu Qarabağ iqtisadi zonasında olan erməniəsilli sakinlərə təhvil verə bilməmişik. Amma bu istiqamətdə israrlıyıq. Nə qədər lazımdırsa, biz burada gözləyəcəyik. Məqsədimiz məramımız bəllidir. Gətirdiyimiz gördüyünüz 2 TIR 40 ton unu Qarabağ iqtisadi zonasında yaşayan erməni sakinlərinə çatdıraq. Çatdırmasaq əlbəttə bu ərazidən getməyəcəyik. Bu gün danışıqlar aparıldı amma gördüyünüz kimi nəticə yoxdur”.

Xəbər xətti