Yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlılarından cavab gözləyirik

19:11 - 29 Avqust 2023 - ÖLKƏ İÇİ

“Humanitar məqsədimizlə bağlı Rusiya sülhməramlı qüvvələrinin zabitinə məlumat verildi. O da öz növbəsində komandanlığına məruzə edəcək”.

APA xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev hadisə yerində olan jurnalistlərə bildirib.

Ceyhun Mirzəyev deyib ki, humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün hazırda sülhməramlıların cavabını gözləyirlər.

“Nə vaxt cavab verəcəkləri bilinmir. Cavab alındıqdan sonra məlumat açıqlanacaq”, - deyə o bildirib.

Qeyd edək ki, ki, yük Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən göndərilib.

Xəbər xətti