Fransa Azərbaycana qarşı yeni təxribata hazırlaşır

10:26 - 25 Avqust 2023 - SİYASƏT

Fransa BMT Təhlükəsizlik Şurasına Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı qətnamə təqdim etmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Le Figaro” yazıb. Nəşr qeyd edir ki, Qarabağda "aclıqdan ölmək" ərəfəsində olan ermənilərə yardım göstərilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına qətnamə təqdim etmək niyyətindədir.

Nəşrin məlumatına görə, gələn həftə Paris və Fransanın böyük rayonları Ermənistana "humanitar yardım" karvanı göndərəcək.

Qeyd edək ki, rəsmi Bakı dəfələrlə bildirib ki, razılaşmadan Qarabağa “humanitar karvan” göndərmək təxribatdır. Azərbaycan Respublikasının öz sərhədlərinə nəzarət və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd-buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Ermənistan tərəfinin ölkəmiz ilə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir.

Xəbər xətti