Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinləyib - FOTO

12:06 - 24 Avqust 2023 - ÖLKƏ İÇİ

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Beştalı kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib.   

Ucnoqta.az xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Cəngan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Beştalı kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış “Ümummilli Lider Heydər Əliyev regionda sülhün və sabitliyin qorunmasına misilsiz töhfələr verən əvəzsiz lider idi”   mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan xalqı üçün misilsiz xidmətləri, torpaqlarımızın düşmənlərimiz tərəfindən işğal prosesinin dayandırılması, ölkə sərhədlərimizin qorunması, ordumuzun güclənməsi və ölkəmizin inkişafı görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan, sentyabr ayının 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ilin tarixində düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana siyasi hakimiyyətə gəldikdən sonra regionda sülhün bərpa olunması üçün əvəzsiz xidmətləri, ölkəmizdə sabitçilik və əmin-amanlığın bərpa olunması, ölkəmizdə hər tərəfli inkişaf prosesinin sürətlə inkişaf etməsini görüş iştirakçılarının diqqətinə çatdırıb.

RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub. İşğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbulda ilk öncə sakinlər rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər,  kənddaxili yolların təmir olunması, suvarma suyunda yaranan çətinliklər, su borusunun yenilənməsinə köməklik olunması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.


Xəbər xətti