Vətən müharibəsi iştirakçılarına psixoloji dəstək xidmətlərinin göstərilməsi layihəsi başa çatıb - FOTO

20:45 - 22 Avqust 2023 - ÖLKƏ İÇİ

Vətən müharibəsi iştirakçılarına psixoloji dəstək xidmətlərinin göstərilməsi layihəsi başa çatıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qalib layihələrindən biri olan bu layihə ““Sosial və Psixoloji Tədqiqatlar” Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilib.

Layihə çərçivəsində Ağdam rayonunun müxtəlif kənd və qəsəbələrində yaşayan 44 günlük vətən müharibəsinin 100-ə yaxın iştirakçısının psixoloji vəziyyətinin dəstəklənməsi məqsədi ilə psixoloq və psixiatrların iştirakı ilə görüşlər təşkil olunub.


Xəbər xətti