“Laçın” SBM-də erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilir - VİDEO

11:16 - 22 Avqust 2023 - ÖLKƏ İÇİ

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

Ucnoqta.az Report-a istinadən xəbər verir ki, bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-ya məxsus ümumilikdə 9 nəqliyyat vasitəsi keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində BQXK-nın üzvləri, sürücülər, müşayiətçilər, tibb işçisi və xəstələrdən ibarət ümumilikdə 30-a yaxın şəxs olub.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

Xəbər xətti