Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Dübəndi” sularda xilasetmə məntəqəsinin ərazisində, "Bilgəh" və "Qobustan" sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib.