Ucnoqta.az
www.ucnoqta.az

Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub

22:14 - 17 Avqust 2023 tarixində dərc olunub.

Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Dübəndi” sularda xilasetmə məntəqəsinin ərazisində, "Bilgəh" və "Qobustan" sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib.

Müəllif: Ucnoqta.az redaksiyası