Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyeva bu dəfə gənc xanımlara söz atıb.
Ucnoqta.az xəbər verir ki, istirahətə yollanan Aynişan çimərlikdə makiyaj edən qızlara kinayə ilə yanaşıb.
"Qızlar, niyə çimərlikdə tonal kremdən istifadə edirsiniz? Son zamanlar dəfələrlə buna şahid oluram... Soyunub-geyinmə otağında tam makiyaj edib çıxırsınız. Bu, məni üzür. Niyə kimsə sizi bəyənsin deyə özünüzü yorursunuz? Həm də bu üz dərinizə də ziyandır", - deyə bloger paylaşımında qeyd edib.