Tovuz rayonu ərazisindəki “Nazlı bulaq”, Göygöl rayonu ərazisindəki “Göygöl” istirahət mərkəzlərindən ətrafa tullantıların atıldığı və çirkab suların axıdıldığı, Ağcabədi şəhərində fəaliyyət göstərən “Ucuzluq" marketdə formalaşan tullantıların isə yandırıldığı müəyyən edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı “Nazlı bulaq” istirahət mərkəzinin icarədarı Akif Məhərrəmov, “Göygöl” istirahət mərkəzinin sahibi Məmməd Süleymanov və “Ucuzluq" marketin nümayəndəsi Təbriz İsmayılov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Gələcəkdə belə hallara yol verilməməsi üçün hər üç obyektin sahibinə məcburi göstəriş verilib.