Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

19:45 - 16 Avqust 2023 - HADİSƏ

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının sahəsi 15 m² olan anbarının içərisində avtomobil ehtiyat hissələri 3 m² sahədə və 3 p.m elektrik naqilləri yanıb.

Ucnoqta.az FHN-in saytına istinadən xəbər verir ki, yüksək temperaturdan lambirdən ibarət tavan 8 m² sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti