İstanbul hava limanında çalışan personalı daşıyan servis maşınının aşması nəticəsində 27 nəfər yaralanıb.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerində ilkin tibbi yardım göstərilib, yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.
Qəza, saat 19.00 radələrində Ağaçlı Məhəlləsi, Ağaçlı Köyü Yolu üzərində meydana gəlib. İstanbul Hava Limanında çalışan personalı daşıyan 34 GEL 771 nömrəli avtobus sürücünün sükan idarəetməsini itirməsi nəticəsində 6 metr hündürlükdən dərəyə yuvarlanıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadası göndərilib. İlkin təsbitlərə görə qəzada 27 nəfər xəsarət alıb, yaralılar təcili yardım maşınları ilə xəstəxanaya göndərilib.