Bakı-Tbilisi-Ankara marşrutu üzrə sürətli sərnişin qatarı fəaliyyətə başlaya bilər

14:34 - 7 Avqust 2023 - ÖLKƏ İÇİ

“Bakı-Tbilisi-Ankara” marşrutu üzrə sürətli sərnişin qatarının fəaliyyətə başlaması reallaşdırıla bilər.

Bunu “APA-Economics”ə müsahibəsində ‘’Azərbaycan Dəmir Yolları’’(ADY) Qapalı Səhmdar Cəmiyyətinin Sərnişindaşıma departamentinin icraçı rəhbəri Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, qatar “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli sərnişin vaqonlarından ibarət ola bilər.

“Post-pandemiya tədbirlər paketimizin bir hissəsi olaraq, dövlətlərarası quru sərhədlər açıldığı halda “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli sərnişin vaqonlarından ibarət “Bakı-Tbilisi-Ankara” marşrutu üzrə sürətli sərnişin qatarının fəaliyyətə başlaması da reallaşdırıla bilər”, - Azər Fərəcov qeyd edib.

Xəbər xətti