Bakıda mənzildən 34 300 manatlıq oğurluq edilib

12:20 - 7 Avqust 2023 - HADİSƏ

Bakıda mənzildən 34 300 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Səbail rayonu ərazisindəki mənzillərin birindən 34 300 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.Əliyeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti