Rəqəmsal İnkişaf İctimai Birliyi partnyor təşkilatlarla (“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi) birlikdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 20.07.2023 cü il tarixdə " Qazilərə sosial-psixoloji yardım tədbirlərinin həyata keçirilməsi "layihəsinin icrası çərçivəsində Imişli rayonunda Qazilərə sosial-psixoloji yardımla bağlı ictimai müzakirə keçirib.
Qazilərin və dövlət qrumlarının iştirak etdiyi görüşdə mövcud qanunvericilik və qazilərin hüquqları, müharibədə iştirak edən şəxslərdə müşahidə olunan psixoloji problemlər, bundan xilas yolu, mövcud sosial problemlər və həlli yolları müzakirə mövzusu olunub.
Müzakirə zamanı qazilərim problemləri və sualları ekspertlər tərəfindən cavablandırılmışdır.
Müəyyən problemlər aidiyyatı dövlət qrumlarına yazılı şəkildə göndəriləcəkdir.