Bərdə sakinindən narkotik vasitə götürülüb.
DİN-dən Ucnoqta.az-a verilən xəbərə görə, Bərdə RPŞ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Bəcirəvan kəndi ərazisində Bakı şəhər Binəqədi rayon sakini Cavadov İlqar Atababa oğlu saxlanılmış,həmin şəxsin üzərinə əlində olan sellofan torpaya baxış zamanı 8 kiloqram narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Bərdə RPŞ-da araşdırma aparılır.
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində tədbirlər davam etdirilir.