Tailandın qərbində Kançanaburi əyalətində avtomobillə qatarın toqquşması nəticəsində 8 nəfər ölüb
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Bangkok Post” məlumat yayıb. Məlumata görə, 3 nəfər yaralanıb.
Polisin məlumatına görə, arxasında insanların olduğu “İsuzu” markalı yük maşınının sürücüsü sərnişinlərdən birinin təzyiqi ilə qatar keçməmişdən əvvəl dəmir yolu relslərini keçməyə vaxt tapmaq üçün dəmir yolu keçidinə gedib. Bu zaman sürücü qatarın xəbərdarlıq siqnalına məhəl qoymayıb. Sağ qalanlardan biri qatarla toqquşmazdan əvvəl avtomobildən düşə bilib.