Rusiyanın İrkutsk hava limanında təyyarənin eniş şassisi sıradan çıxıb
Ucnoqta.az xəbər verir ki, İrkutsk hava limanına enən zaman təyyarənin şassisi qırılıb.
“Nijneanqarskdan gələn təyyarənin İrkutsk hava limanında eniş zamanı şassisi qırılıb. Ekipaj bildirib ki, sol pnevmatik eniş zolağına daxil olarkən partlayıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, hadisə zamanı təyyarənin göyərtəsində 47 sərnişin olub, onlardan heç biri xəsarət almayıb.
Hadisənin səbəbləri araşdırılır.