UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda "Sabah" və Latviyanın RFŞ komandaları arasında cavab qarşılaşması keçirilib.
Ucnoqta.az xəbər verir ki, oyun "Bank Respublika Arena"da saat 20:00-da start götürüb. Bu komandalar arasında ilk oyun "Sabah"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Hesab oyunun 67-ci dəqiqəsində rəqib komandanın oyunçusu Yanus İkauniyeks açıb. Lakin oyunun sonrakı dəqiqələrində "Sabah" rəqib qapısından iki top keçirməklə UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, "Sabah" III təsnifat mərhələsində Serbiya "Partizan"ı ilə qarşılaşacaq.