Barselona Beynəlxalq Hava Limanında oğrular bahalı zinət əşyaları və pul olan baqajı oğurlayıblar.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, cinayətkarlar saxlanılıb.
Hüquq-mühafizə orqanları hadisənin avqustun 2-də hava limanının qeydiyyat zonasında baş verdiyini qeyd ediblər. Avtomobildə olan iki nəfərin saxlanıldığı qeyd edilir. Region polisi nə oğurlanmış əşyaların dəyərini, nə də qurbanların əcnəbi olduqlarını qeyd edərək, onların milliyyətini açıqlamayıb.
Öz növbəsində, “La Vanguardia” qəzeti hücum edənlərin Rusiyadan bir ailəyə məxsus çamadan və bahalı çantanı oğurladığını yazır. Qeyd edilir ki, oğrular ümumi dəyəri 8,5 milyon avrodan çox olan pul, zinət əşyaları və saatlar götürüblər. Xüsusən də, nəşrin məlumatına görə, əşyalar arasında 4 milyon avro dəyərində brilyant üzük də olub.