Kanada səlahiyyətliləri vətəndaşlara Nigerə səyahət etməkdən çəkinməyi və ölkəni tərk etməli olduqları halda planlar qurmağı tövsiyə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
"Davam edən siyasi qeyri-sabitlik, terrorizm və adam oğurluğu riskləri səbəbindən Nigerə bütün səyahətlərdən çəkinin", - Xarici İşlər Nazirliyinin saytında deyilir.///tass