Azərbaycanda xarici vətəndaş əməliyyat masasında ölüb.
Lent.az xəbər verir ki, hadisə Bakının Səbail rayonu, Parlament prospektində yerləşən Mərkəzi Klinikada qeydə alınıb.
Hindistan vətəndaşı, 1959-cu il təvəllüdlü İşvar Lal Soni əməliyyat olunarkən dünyasını dəyişib.
İşvar Lal Soni böyrəyindəki problemlərlə əlaqədar əməliyyata girib.
Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.