İndoneziyalı qadın onu bataqlığa sürükləmək istəyən timsahın bir saatlıq hücumundan sağ çıxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Metro” məlumat yayıb.
Palma yağı fabrikində işləyən 38 yaşlı Falmira de Xesus bataqlıqdan su götürərkən qamışlıqda gizlənən sürünənlərə fikir verməyib. O, gölməçənin yanında oturandan az sonra timsah ona hücum edərək onu suya sürükləyib.
Qadının köməyinə gələn həmkarları onu xilas etməyi bacarıblar.