Cəlilabadın baş memarı və bələdiyyə sədri saxlanıldı

19:25 - 31 İyul 2023 - HADİSƏ

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirir.

APA-nın əldə etdiyi xəbərə görə, əməliyyat nəticəsində Cəlilabada Şəhər Bələdiyyəsinin sədri və rayonun baş memarı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı əlavə məlumat veriləcək.

Xəbər xətti