Səhhəti qəfil pisləşən sabiq Baş nazir Surət Hüseynov yerləşdirildiyi İstanbul Arnavutköy Dövlət Xəstəxanasından özəl tibb müəssisəsinə köçürülüb.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Surət Hüseynov indilərdə özəl xəstəxanaya aparılıb.
Xəstəxanada olan yaxınlarının sözlərinə görə, Surət Hüseynov səhhətindəki problemlərlə əlaqədar olaraq İstanbuldan Moldovaya gedərkən aeroportda infarkt keçirib, ürəyi dayanıb.
İlk olaraq onun həyatını itirdiyi güman edilib. Xəstəxanaya aparılan zamanı ürəyi fəaliyyətini bərpa edib.
Surət Huseynovun səhhəti stabildir, angioqrafiya (anju) olunacağı bildirilir, eyni zamanda, böyrəklərində və mədəsində də problemlərin olduğu deyilir.
Qeyd edək ki, bu gün Surət Hüseynovun vəfat etməsi barədə məlumatlar yayılıb.
14:02
Azərbaycanın keçmiş baş naziri Surət Hüseynov vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya onun yaxınları bildirib.
Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmadan vəfat edib.
Qeyd edək ki, Surət Davud oğlu Hüseynov 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub.