İŞİD yaraqlıları bazar günü Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətinin Bacaur rayonunda kamikadze hücumunda iştirak ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti təhlükəsizlik qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.
"İŞİD-in bu cinayətdə əli olduğuna heç bir şübhə yoxdur", - Pakistan kəşfiyyat xidmətinin sözçüsü nəşrə bildirib.
Xatırladaq ki, iyulun 30-da kamikadze hakim koalisiyaya daxil olan İslam Alimləri Məclisi partiyasının qurultayında partlayış törədib. Qurultayın keçirildiyi zalda 400 nəfər olub. Ən azı 45 nəfər ölüb, 150-yə yaxın adam yaralanıb. Hücum nəticəsində partiyanın baş katibi Xar Ziaullah öldürülüb.