İyulun 31-də Şamaxı rayonunun bir hissəsində, Ucarda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Şamaxı şəhəri daxil olmaqla, rayonunun 1 qəsəbəsinin və 13 kəndinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə sabah saat 09:00-dan işlər başa çatanadək “Şamaxı” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri ilə əlaqədar“Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək” QPS-dən qidalanan “Lək 1-ci xətt” ölçü qovşağından da qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri planlaşdırılan müddətdə Şamaxı rayonunun bir hissəsinin, Ucar rayonu üzrə əhali qrup istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.