Qanvermə aksiyası ilə bağlı saat 16:00 olan məlumat açıqlanıb.
Səhiyyə Nazirliyindən verilən mılumata görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı tərəfindən Aşura günü ilə əlaqədar Bakı şəhəri və müxtəlif regionlarda keçirdiyi könüllü qanvermə aksiyasında saat 16:00 kimi 1699 nəfər qan verib. 1210 nəfər paytaxt üzrə, 489 nəfər regionlar üzrə qan verib.