Aşura ilə bağlı qan verənlərin sayı açıqlanıb

13:22 - 28 İyul 2023 - ÖLKƏ İÇİ

Qanvermə aksiyası ilə bağlı saat 12:00 qədər olan statistika açıqlanıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə Məhərrəm ayının 10-u - Aşura ilə əlaqədar könüllü qanvermə aksiyası davam etdirir.

Saat 12:00 kimi olan məlumata əsasən, ümumillikdə respublika üzrə 885 nəfər qan verib (Bakı üzrə 630, regionlarda üzrə 255).

Aksiya Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının Bakı şəhəri və müxtəlif regionlarda yerləşən bölmələri tərəfindən keçirilir. Qanvermə aksiyaları paytaxtın 8 məscid və ziyarətgahında baş tutur. Eyni zamanda, aksiya respublikanın müxtəlif şəhər və rayonlarında, o cümlədən Gəncə, Lənkəran. Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Bərdə və Qubada keçirilir.
Qeyd edək ki, qanvermə aksiyasında 18-65 yaş arası, çəkisi minimum 50 kq olan fiziki sağlam şəxslər qan verə bilərlər. Qanverən şəxslər ilk olaraq həkim müayinəsindən keçirlər. 

Xəbər xətti