Brüsseldə razılaşdırılan Ağdam-Xankəndi yolu bütün növ yüklərin daşınması üçün tam hazırdır.
Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan baş naziri Nikol Paşinyanın tvitinə cavab olaraq bildirib.
"Amma bu yoldan istifadəyə imkan verməmək, yerli sakinləri girov kimi istismar etmək, malların çatdırılmasını imitasiyasını aparmaq spekulyasiya, manipulyasiya və şantajdan başqa bir şey deyil”, - H.Hacıyev yazıb.