"Başqa yol yoxdur! Oyun bitdi!" - Prezidentin köməkçisi

20:36 - 26 İyul 2023 - SİYASƏT

Xankəndidəki separatçıların marionet “liderləri” yerli əhalini öz siyasi ambisiyaları naminə girov saxlayır.

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonrakı Tvitter paylaşımında bildirib.

“Teatral səhnələr və yük maşınlarını nümayiş xətrinə Laçın yoxlanış məntəqəsinə gətirməkdənsə, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son verməli, öz qüvvələrinin elementlərini Azərbaycanın Qarabağ regionundan çəkməli və qanunsuz marionet rejimin maliyyələşdirməsini dayandırmalıdır”, - Hikmət Hacıyev qeyd edib.

Prezidentin köməkçisi onu da qeyd edib ki, Qarabağdakı bütün qanunsuz qüvvələrin tərksilah edilməsi təmin olunmalıdır.

Hikmət Hacıyev əlavə edib."Təkcə Laçın yolundan istifadə etməkdə israrlı olmaq, amma Ağdam yolundan imtina etmək, yolu bağlamaq, siyasiləşdirmək yolverilməzdir. Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolundan istifadə edilməsi və Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın ismarış verməlidir. Başqa yol yoxdur! Oyun bitdi!", - H.Hacıyev əlavə edib.

Xəbər xətti