Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Zəngilan rayonunun Ağalı kəndi ərazisində fəaliyyət göstərən “Northwest” MMC tərəfindən tikinti işləri aparılarkən ağacların kəsildiyi müəyyən edilib.
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktla bağlı “Northwest” MMC-nin səlahiyyətli nümayəndəsi Firdovsi Abbasov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.