Azərbaycan Xarici İşlər Nazirliyi İsveçdə Quranın yandırılmasını pisləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində bildirilib.
“Biz hakimiyyət orqanlarını cinayətkarlara qarşı bütün lazımi tədbirləri görməyə və bu cür nifrət cinayətlərinin təkrarlanmasının qarşısını almağa çağırırıq”, - açıqlamada deyilir.