İndiyədək azad edilmiş ərazilərə köçürülənlərin sayı bilinib

13:55 - 21 İyul 2023 - ÖLKƏ İÇİ

Böyük Qayıdış çərçivəsində indiyədək 217 ailə, 934 nəfər doğma yurdlarına köçürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində bu ilin altı ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, dövlət başçısının tapşırıqlarının, Böyük Qayıdış proqramına uyğun komitəyə həvalə edilmiş tədbirlərin icrası istiqamətində məqsədyönlü iş aparılır.

Xəbər xətti