Şuşada Qlobal Media Forumu başlayır

10:52 - 21 İyul 2023 - MEDİA

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu başlayır.

Ucnoqta.az xəbər verir ki, Şuşa şəhərində keçiriləcək tədbirə ümumilikdə 120 media subyekti və 50 ölkədən 250-dən çox qonaq qatılacaq.

Açılış mərasimindən sonra forum sessiyalarla davam edəcək.

Sessiyalarda medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislər tərəfindən panel müzakirəyə çıxarılacaq.

Qlobal forum çərçivəsində, eyni zamanda, bəzi paralel tədbirlərin - sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulur.

Forum 23 iyul axşama qədər davam edəcək.

Xəbər xətti