Bütün ciddi media subyektləri məlumatlarını Reyestrə daxil ediblər - Şöbə müdiri

11:00 - 20 İyul 2023 - MEDİA

Azərbaycanın bütün ciddi media subyektləri artıq öz məlumatlarını Media Reyestrinə daxil edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Natiq Məmmədli MEDİA, Audiovizual Şura və Mətbuat Şurasının təşkilatçılığı ilə Milli Mətbuatın 148 illiyi münasibətilə “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda keçirilən konfransda deyib.

"Media haqqında" qanunun qəbulundan sonra görülən işlərdən danışan şöbə müdiri bu prosesin yekunlaşdığını vurğulayıb:

"Media sahəsində islahatların əsas məqsədi bu sahənin inkişafına nail olmaqdır. Bu proses davamlı xarakter daşıyacaq". 

Xəbər xətti