Kür çayının aşağı axımını qidalandıran ölkədaxili çaylarda suyun həcmi azalıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə, bu da Kür çayınının aşağı axımında suyun səviyyəsinə təsir edib. Bunu nəzərə alaraq Mingəçevir su anabrından buraxılan suyun həcmi saniyədə 80 kubmetr artırılıb.
Yaxın bir neçə gün ərzində vəziyyət yenidən sabitləşəcək.
Qeyd edək ki, Mingəçevir su anbarında kifayət qədər su ehtiyatları toplanılıb.