Naxçıvanda Vergi Xidməti rəisinə yeni müavini təyin edilib

12:38 - 15 İyul 2023 - ÖLKƏ İÇİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə Məhəmmədzadə Nihad Rəsul oğlu Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Nihad Məhəmmədzadə bu vəzifəyə təyin olunana qədər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Təşkilat-analitik və preventiv tədbirlər idarəsinin rəis müavini vəzifəsində işləyib.

Xəbər xətti