Cavanşir Məmmədov onu məhkəməyə verən tamaşaçıdan üzr istədi

10:07 - 13 İyul 2023 - MAQAZİN

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov "Təsir dairəsi" verilişində studiyada əyləşənlərə onun tərəfini tutmaları üçün 100 manat təklif edib. O, bunu etiraf edən qadının ünvanına təhqir edib. İfaçı qadına qarğış edərək, daha sonra onun göz makiyajını ələ salıb və "Gözün gömgöydür, utan gözünün qarasından" sözlərini söyləyib. Bundan sonra sözügedən tamaşaçı ifaçını məhkəməyə verəcəyini bildirib. 

Ucnoqta.az xəbər verir ki, Cavanşir bu gün efirdə həmin tamaşaçıdan üzr istəyib. 

"Fatimə xanım sizdən üzr istəyirəm. Özünüz qoyun mənim yerimə. Pul dərdi qalıb bir tərəfdə, ailəmə şər atmaq istəyir. Ailəmə görə hər zaman özümü qurban verməyə hazıram. Namus-qeyrət üstündə ailəmi də məhv etməyə hazıram. Bizim qanunumuz belədir. Belə böyümüşəm, belə də öləcəyəm. Ancaq nahaq yerə ailəmə şər atan adamı bağışlamayacağam. O pulu alsam, gəlib burada şirinlik paylayacağam. 

Heç kimə də 100 manat verməmişəm. Heç cibimdə də yoxdur, indi də, o gün də. Söhbət oldu, keçdi. Bu nə sualdır ki, nəvən bu pulu haradan alıb. Mənim kürəkənim, qudam rəhmətə gedib, mən və həyat yoldaşım sağdır. İki nəvəm var. Onlara nə çatacaqsa, sağlığımda bölmüşəm. Oğluma da, qızıma da. Verilişlərdə görürük nəyin üstündə necə qırğınlar gedir. Adam sağlığında hər şeyi yerbəyer etməlidir ki, o dünyaya rahat köçsün. Hətta bizim evdə iki arakəsmə var. Birdən yola getməyəndə düyməni basırsan ki, arakəsmə düşsün aşağı. Niyə yalan deməliyəm. Pul vermişəm, gəl qoy ortaya. Onlar məndən icazə almamış evdən çıxmırlar. Pulu qoyuram evə, həyat yoldaşım soruşur ki, mağazaya 15 manat vermək lazımdır, olar götürüm. Qayda-qanun belədir. Hələ indiyə qədər nə oğlum, nə qızım, nə də nəvələrim mənə "sən" deməyib. "Siz" deyə müraciət edirlər. Həyat yoldaşım tərbiyə edib. Səhər çıxıb axşam gəlirəm. 

Sizi bu neçə gündə narahat etdiyimə görə bağışlayın, üzrlü hesab edin. Veriliş belədir. Bir gün belə olur, o biri gün elə. Mənə bəlkə 10 minə yaxın zəng gəlir. Telefon dayanmır, hamısına da cavab verirəm. Verilişə gəlməsəydim, sözlərim ürəyimdə qalıb ölərdim. 

Hirsli olumuşam demişəm, sən də mənim həyat yoldaşıma dedin. Eybi yox, bu məsələni bağladıq. Demişəm demişəm də, əsəbləşib dedim. Qurtardıq bunu. Hər şey qurtardı getdi". 

Müğənni daha sonra həmin tamaşaçı ilə əllə görüşüb. O, xanımı yanağından öpmək istəsə də iştirakçı buna razı olmayıb. 

Qeyd edək ki, özünü Cavanşir Məmmədovun qızı Xatirənin keçmiş sevgilisi kimi təqdim edən Türkiyə vətəndaşı Kemal Mustafa proqrama gələrək yardım istəyib. O, ifaçının və ailəsinin ona şər atdığını deyib.///Axşam.az 

Xəbər xətti