Beynəlxalq Futbol Federasiyası (FİFA) hücumçu Əhməd Musanın transferi ilə bağlı borca görə Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubuna yeni futbolçuların qeydiyyatdan keçməsini qadağan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
Musa 2018-ci ildə “Lester Siti”dən “Əl Nəsr”ə keçib və iki mövsümü komandada keçirib. Nəşrin məlumatına görə, səudiyyəlilər hələ də britaniyalılara 460 min avro üstəgəl performans bonusları üzrə faiz ödəməyiblər. Əməliyyatın ümumi məbləği 15 milyon avrodan bir qədər çox olub.
Qeyd olunur ki, Ər-Riyad klubu borcunu ödəməsə, "Əl-Nəsr"ə üç transfer pəncərəsi üçün yeni oyunçuların qeydiyyatı qadağan ediləcək.