Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində iyunun sonundan bəri ən azı 86 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Məlumata görə, yağışlı mövsümün başladığı 25 iyundan bəri ölkə üzrə ən azı 86 sakin təbii fəlakətin təsirinin qurbanı olub, 150-dən çox insan xəsarət alıb.
Ən çox fəsadlar Pəncab əyalətində qeydə alınıb.
Daşqınlar Pəncabın inzibati mərkəzi olan Lahor şəhərinə ciddi ziyan vurub. Şəhərdə sel suları metropol sakinlərinin 35%-nin yaşadığı əraziləri basıb. Orada elektrik enerjisi kəsilib, nəqliyyat dayanıb, əhalinin ərzaqla təmin olunmasına əngəl törədilib.///tasss