Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, binanın 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı və 5 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.