Ucnoqta.az
www.ucnoqta.az

Nizami rayonunda yaşayış binasında yanğın olub

10:30 - 8 İyul 2023 tarixində dərc olunub.

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, binanın 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı və 5 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası