"Barselona"nın və İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike "PSJ" klubunun baş məşqçisi təyin edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fransa komandasının mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə müqavilə 2025-ci ilə qədər qüvvədədir.
53 yaşlı ispaniyalı 2022/23 mövsümünün başlamazdan əvvəl parislilərə rəhbərlik edən Kristof Qaltyeni əvəzləyərək klubla 2 illik müqavilə imzalayıb. Onun rəhbərliyi altında PSJ 11-ci Fransa çempionluğunu qazanıb.