Barbadoslu müğənni Rihanna Spotify musiqi platformasında rekorda imza atıb.
Ucnoqta.az xəbər verir ki, o, xidmət tarixində 10 mahnı ilə 1 milyard yayıma çatan ilk qadın sənətçi olub.
Müğənninin son musiqi albomunu 2016-cı ildə çıxardığı məlumdur, lakin bu da onun belə rekord vurmasına mane olmayıb. Ümumilikdə onun diskoqrafiyasına səkkiz albom daxildir.
Bundan əlavə, Rihanna 20 milyondan çox albom və 60 milyon sinql satışı ilə bütün zamanların ən çox satılan sənətçilərindən biridir.
O, eyni zamanda Billboard tarixində Billboard Hot 100 cədvəlində on dörd dəfə birinci olan ən gənc qadın müğənnidir.
Ümumiyyətlə, Rihannanın musiqidə çoxlu uğurları var. Bunun sayəsində o, dünyanın ən çox qazanan müğənnisi kimi dəfələrlə Forbes siyahısına düşüb. Onun 2018-ci ildəki gəliri 37,5 milyon dollar olub.