"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva Fransanın "Paris Sen-Jermen" klubuna keçmək istəyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.
Məlumata görə, Qorodan komandasının mentoru Xosep Qvardiola klub rəhbərliyini portuqaliyalı yarımmüdafiəçini saxlamağa çağırır.
İngiltərə Premyer Liqasının (APL) son mövsümündə Bernardo Silva 34 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.
"Transfermarkt"ın məlumatına görə, Silvanın bazar dəyəri 80 milyon avrodur.