Daxili İşlər Nazirliyinə (DİN) dağıntı, təlafatla bağlı hər hansı məlumat daxil olmayıb.
Bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir.
Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
DİN tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyacan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir.