Ucnoqta.az
www.ucnoqta.az

Sosial şəbəkədə zəlzələ ilə bağlı yayılan məlumat yalandır - DİN

01:15 - 4 İyul 2023 tarixində dərc olunub.

Daxili İşlər Nazirliyinə (DİN) dağıntı, təlafatla bağlı hər hansı məlumat daxil olmayıb.

Bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

DİN tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyacan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası