“Liverpul”un keçmiş futbolçusu, “Aston Villa” və “Reyncers”in keçmiş baş məşqçisi Stiven Cerrard Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunun təklifini qəbul edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Əvvəlcə ingilis mütəxəssis işləməkdən imtina etsə də, Səudiyyə klubunun nümayəndələri Cerrarda ikinci təkliflə çıxış edərək, onu komandaya rəhbərlik etməyə razı salıblar. "Əl-İttfiaq"ın sahibləri Cerrarda heyətin ulduz futbolçulardan ibarət olacağına söz veriblər.
Xatırladaq ki, ingilis mütəxəssisin son iş yeri "Aston Villa" olub. O, 2022-ci ilin oktyabrında klubdan qovulub. Bundan əvvəl Stiven "Reyncers"də çalışıb. Mətbuat onun “Kristal Pelas”ın baş məşqçisi ola biləcəyini yazıb.